“Enerji perspektivləri baxımından Xəzər regionu unikaldır”

“Enerji perspektivləri baxımından Xəzər regionu unikaldır”

24 May 2019 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Enerji perspektivləri baxımından Xəzər regionu həqiqətən də unikaldır".

Bunu Vaşinqtonda ABŞ Ticarət Palatasının və bir sıra səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilən IV Transxəzər Forumunda ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk bildirib.

O qeyd edib ki, son 30 ildir ABŞ-ın Xəzər regionu ilə bağlı siyasəti dəyişməyib.

Forumda çıxış edən "BP America"nın xarici əlaqələr üzrə rəhbəri Bob Scher qeyd edib ki, Xəzərdə infrastruktur var və onun daha da genişləndirilməsi mümkündür. (report)