Mars, Snickers, Twix şokoladları istehsal edilməyəcək

Mars, Snickers, Twix şokoladları istehsal edilməyəcək

17 Fevral 2012 20:55
Bəyəndim (0) Bəyənmədim (0)
2015-ci ilə qədər Mars Inc şirkətinin istehsal etdiyi qida məhsullarında natriumun səviyyəsi 25 %-ə qədər azalacaq

Amerikanın nəhəng ərzaq istehsalçısı Mars Inc yeni qərarını açıqlayıb. Hər porsiyasında enerji tutumu 200 kilokaloriyə çatan Mars, SnickersTwix şokoladları 2013-cü ilin sonundan etibarən istehsaldan çıxarılacaq. M&M's, SkittlesJuicy Fruit brendlərinin də istehsalçısı olan bu şirkət indən belə istehlakçı sağlamlığına diqqət yetirəcəklərini açıqlayıb. Şirkət rəsmisi Marlin Meçatın fikrincə, strategiyanın dəyişilməsi və yeni islahatlar alıcılar tərəfindən düzgün qarşılanmalıdır.

Bundan əvvəl, yəni 2007-ci ildə Mars Inc rəsmən elan etmişdi ki, alıcılarının 25 faizi 12 yaşdan aşağı şəxslər olduğu halda reklamlarını rəsmən dayandıracaq.

Korrespondent.net. saytının məlumatına görə, 2015-ci ilə qədər Mars Inc-in istehsal etdiyi qida məhsullarında natriumun səviyyəsi 25 %-ə qədər azalacaq.
Xatırladaq ki, adıçəkilən şirkət dünya üzrə ən iri brendlərin istehsalçısıdır. Extra, Orbit saqqızları, Pedigree, Royal CaninWhiskas heyvan qidaları bu şirkətin məhsullarıdır.

Çox güman ki, Azərbaycanın istehsal etdiyi saxta Mars, Snickers və Twix şokoladları daha yaxşı satılacaq...

Aqil Hüseynov

O.M.