Günün fotosu
Günün videosu
Şərhsiz
600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub

600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub

23 May 2019 13:01
83
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlər arasında digər həssas qruplarla yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, cari ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs proqram çərçivəsində təlimlərə cəlb edilib.

Təlimləri uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslərin, o cümlədən əlilliyi olan insanların seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək. Bu da onların kiçik ailə təsərrüfatlarını qurmalarına imkan verəcək.

Hazırda işsiz və işaxataran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam etdirilir. Cari ildə 10 minədək şəxsin proqramda iştirakının təmin edilməsi nəzərdə tutulub.