«Bakcell» abunəçiləri küçədə telefonlarını enerji ilə təmin edə biləcəklər

«Bakcell» abunəçiləri küçədə telefonlarını enerji ilə təmin edə biləcəklər

17 Fevral 2012 18:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakcell" şirkətinin məlumatına görə, bu ilin mart ayından etibarən Azərbaycanın ilk mobil rabitə operatoru Azərbaycanda ilk dəfə mobil telefonların batareyasını enerji ilə təmin etmək üçün xüsusi aparatlar quraşdıracaq. Yaradılacaq imkandan bütün mobil telefon istifadəçiləri pulsuz yararlana biləcək. Belə ki, hər bir aparatın korpusunda müxtəlif markalı mobil telefonlar üçün 6 ədəd batareya doldurucusu yerləşdirilib. Batareyası sönmüş telefonu yenidən aktiv etmək üçün onu 5-10 dəqiqə aparatda saxlamaq lazımdır. Qeyd edək ki, ilkin olaraq sözügedən aparatlar paytaxtın 25 nöqtəsində quraşdırılacaq.

O.M.