Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 30-dək korrupsioner məmur işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 30-dək korrupsioner məmur işdən çıxarıldı

17 Fevral 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əhali tərəfindən edilən əsaslı şikayətlərlə bağlı 30-dək əməkdaş işdən çıxarılıb. Bu barədə jurnalistlərə nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli məlumat verib. Onun sözlərinə görə, belə şikayətlərlə bağlı töhmət verilən əməkdaşlar da olub: "Nazirlik hər bir şikayəti yerində araşdırır. Araşdırma zamanı bir çox şikayətlərin əsassız olduğu müəyyən edilir. Amma əsaslı şikayətlər də olur. Bəzən üzə çıxır ki, həqiqətən yerlərdə hansısa məmurlarımız tərəfindən vətəndaşların hüquqları pozulub. Bundan sonra da əhalinin şikayətlərinin yerində araşdırılması davam etdiriləcək. Gələn həftə Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək".

O.M.