Bu gün Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq

Bu gün Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq

17 Fevral 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 09:00 radələrindən Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayanıb. Buna səbəb Yevlax-Balakən magistral qaz kəmərinin 110-cu kilometrliyində (Zaqatala rayonu ərazisində) qaz sızmalarının aşkar edilməsidir. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları baş vermiş qaz sızmalarının aradan qaldırılması istiqamətində təmir işlərinə başlayıblar. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi gözlənilir.

ARDNŞ-dən verilən məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri zamanı Qax, Zaqatala və Balakən rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.

O.M.