Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru test imtahanlarının ləğvini təklif etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru test imtahanlarının ləğvini təklif etdi

16 Fevral 2012 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı dəyirmi masada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədov test imtahanlarına toxunarkən bildirib ki, əgər belə davam etsə, bir neçə ildən sonra ölkədə kimya, fizika, riyaziyyat müəllimləri çatışmayacaq. Rektor deyib ki, ali məktəblərdə kadr potensialının zəifləməsi vəziyyəti uçuruma aparır. O, 600-700 bal toplayaraq ali məktəblərə daxil olanların indiki savadlı kadrları əvəz edə bilməyəcəyini vurğulayıb və qəbul imtahanları zamanı tətbiq olunan test imtahanlarının ləğvini təklif edib: "Test üsulu ilə aparılan imtahanlarda təfəkkürdən söhbət gedə bilməz".

O.M.