Salyan və Neftçala rayonları təhlükə qarşısındadır

Salyan və Neftçala rayonları təhlükə qarşısındadır

16 Fevral 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin direktoru Əkbər Həsənovun verdiyi məlumata görə, Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi sürətlə qalxır. Təkcə fevralın əvvəlindən indiyə kimi çayın səviyyəsi Salyan rayonunda 75 santimetr, Neftçalada isə 35 santimetr qalxıb. Çayda suyun qalxmasına səbəb kimi yağıntıların və qarın əriməsi göstərilir. Hazırda Kür çayında saniyədə 500 kubmetr su sərfi var. Bundan sonra da çayda suyun səviyyəsinin artması gözlənilir. Əkbər Həsənovun sözlərinə görə, Kürün səviyyəsi daha 1-1,2 metr qalxarsa, hər iki rayon üçün təhlükə yarana bilər.

O.M.