Tiflis Rusiyanın BTQ ilə yük daşımasına niyə razı olmur?

Tiflis Rusiyanın BTQ ilə yük daşımasına niyə razı olmur?

12 May 2019 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan hökuməti Rusiyanın Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmasını istəmir.

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O, Gürcüstanın Türkiyə-Azərbaycan-Rusiya arasındakı yeni sazişdən narahat olduğunu bildirib:

"Ankarada bir neçə gün əvvəl imzalanan Türkiyə-Azərbaycan-Rusiya sazişi Bakı-Tiflis-Qars dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutur. Bu arada, Rusiya Dəmir Yolları İdarəsinin rəhbəri Oleq Belozyor Bakıya gələrək prezident İlham Əliyevlə görüşüb. İki ölkə arasında dəmir yolu ilə yük daşımalarının həcmi artır. Bu ilin ilk 3 ayında yük daşımalarının həcmi 25 faiz artıb. Rusiya Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyəyə yük daşımaları həyata keçirmək istəyir. Bunun əksi də mümkündür. Yəni Türkiyə öz mallarının bir hissəsini Bakı-Tiflis-Qars dəmir yolu ilə Rusiyaya daşıya bilər. Ancaq Gürcüstan hökuməti Rusiyanın Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmasını istəmir".

Politoloqun fikrincə, dəmir yolunun bir hissəsi Gürcüstandan keçdiyindən rəsmi Tiflis bu məsələdə söz sahiblərindən biri olduğunu göstərməyə çalışır:

"Halbuki bu dəmir yolunun tikintisi üçün 1 dollar belə xərcləməyib, yenə bizdən borc alıb. Gürcüstan hakimiyyəti bilir ki, bu cür daşımalar Azərbaycan və Türkiyə üçün faydalıdır. Yəqin Tiflis bizdən yenə nəsə qoparmaq istəyir. Rusiyanın Bakı-Tiflis-Qars dəmir yolundan istifadəsinə razı olmayan Gürcüstan hakimiyyətindən soruşmaq lazımdır ki, bəs necə olur Rusiya Ermənistana mallarını Gürcüstan üzərindən daşıyır, necə olur illərdir Abxaziya üzərindən dəmiryolunun açılmasıyla bağlı Moskva ilə danışıqlar aparılır?".
Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada Türkiyə-Azərbaycan-Rusiya sazişi imzalanıb. Saziş Bakı-Tiflis-Qars dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutur.

Xatırladaq ki, ,Gürcü nazir Natia Turunava deyib ki,: "BTQ bizim üçün strateji əhəmiyyət daşıyır"

"Bakı-Tbilisi-Qars layihəsi bizim üçün strateji əhəmiyyət daşıyır. Suveren maraqlarımız üç ölkə ilə razılaşdırılmış qaydalarda bu layihə ilə üst-üstə düşür".

, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turunava Rusiyanın layihəyə qoşulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

Bildirib ki, haradan gəlməsindən asılı olmayaraq, koridordan logistika məqsədilə istifadə edilməsi layihənin məqsədinə uyğundur: "Karqolar istər Rusiyadan olsun, istər Qazaxıstandan, istərsə də Çindən – biz bu istiqamətdən karqo məqsədilə istifadə edilməsini xoş qarşılayırıq".

Nazir qeyd edib ki, layihə ilə bağlı üç ölkə arasında razılaşdırılmış qaydalar ancaq hər üç tərəfin icazəsi ilə dəyişdirilə bilər.