Donald Tramp Çin mallarına rüsumları artırmağı tapşırıb

Donald Tramp Çin mallarına rüsumları artırmağı tapşırıb

11 May 2019 04:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp təxminən 300 milyard dollarlıq Çin mallarına illik rüsumların artırılmasını tapşırıb.

Bu barədə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerin mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilir.

"Daha əvvəl biz ABŞ prezidentinin göstərişi ilə təxminən 200 milyard dollarlıq Çin mallarının idxalına qoyulmuş tariflərin səviyyəsini 10 faizdən 25 faizə qədər artırdıq. Prezident həmçinin bizə Çindən qalmış, təxminən 300 milyard dollar qiymətləndirilən bütün idxal rüsumlarının artımı prosesinə başlamaq barədə göstəriş verib", - deyə bəyanatda qeyd edilir.

Mətbuat xidmətinin xəbərində həmçinin qeyd edilir ki, ictimai xəbərdarlıq və şərhlər tezliklə Federal Reyestrdə dərc ediləcək.

Daha əvvəl ABŞ Prezidenti bildirib ki, Çinlə ticarət sazişi üzrə danışıqlar konstruktiv keçir. Report