Azərbaycanda torpaq sürüşməsi qaz sızmasına səbəb oldu

Azərbaycanda torpaq sürüşməsi qaz sızmasına səbəb oldu

15 Fevral 2012 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 14-də axşam saatlarında Göyçay rayon mərkəzindən 3 km şimal istiqamətində, dağlıq ərazidə torpaq sürüşməsi baş verib. Nəticədə, sürüşmə ərazisindəki Ərəb arxının qarşısı kəsilib, ərazidən keçən diametri 1200 mm olan yüksək təzyiqli qaz kəməri zədələndiyi üçün qaz sızması yaranıb. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası aidiyyəti idarələrin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.

O.M.