Qətərdən fələstinlilərə 480 milyon dollarlıq yardım

Qətərdən fələstinlilərə 480 milyon dollarlıq yardım

7 May 2019 08:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qətər əmiri Tamim bin Hamad əl Tani Fələstin və İsrail arasında gərginliyin artması fonunda Qəzza zolağı və İordan çayının Qərb sahili sakinlərinə 480 milyon dolların ayrılması barədə qərar qəbul edib.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda deyilir.

"Bu dəstək qardaşlıq bağları, ərəb xalqları arasında olan əlaqə və ümumi dindən,….İsrail işğalı nəticəsində yaranmış çətin şəraitdə həyat üçün zəruri olan şeyləri əldə etməkdə Fələstin xalqına kömək etmək məqsədindən irəli gəlir", - deyə mətndə bildirilir.

Ötən gün İsrail və Fələstin atəşkəs barədə razılıq əldə edilib. (report)