AQTA Çağrı Mərkəzi”nə ümumilikdə 1410 müraciət daxil olub

AQTA Çağrı Mərkəzi”nə ümumilikdə 1410 müraciət daxil olub

2 May 2019 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ilin aprel ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə 1410 müraciət daxil olub.

Mediainfo.az-a AQTA-dan verilən xəbərə görə, daxil olan müraciətlərdən 313-ü sertifikatlaşdırma və qeydiyyat, 231-i idxal-ixrac əməliyyatları, 155-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 40 müraciət daxil olsa da, onlardan yalnız 20-si öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 103-ü işə qəbulla, 568-i isə digər xarakterli müraciətlər olmuşdur.