Qaz limiti artırıldı:Əhali məmnunluqla qarşıladı

Qaz limiti artırıldı:Əhali məmnunluqla qarşıladı

1 May 2019 09:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən qaz limitinin artırılması barədə Azərbaycan Respblikası Tarif Şurasının qəbul etdiyi qərar qüvvəyə minib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, aprelin 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı əhali qrupu üzrə təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə artırılması ölkə vətəndaşları arasında sevinclə qarşılanıb. Qaz limitinin 2200 kubmetrə qədər artırılması əhalinin bu sahədəki problemlərinin qismən də olsa həll edilməsinə imkan verəcək.