Bakıda müvəqqəti iş axtaranlar üçün Səyyar Əmək Birjaları fəaliyyətə başladı

Bakıda müvəqqəti iş axtaranlar üçün Səyyar Əmək Birjaları fəaliyyətə başladı

10 Fevral 2012 15:12
3 031
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, bu gündən Bakıda müvəqqəti iş axtaranlar üçün Səyyar Əmək Birjaları fəaliyyətə başlayır. Nazirliyin qarşısında həmin məqsədlə alınmış və müvafiq texniki imkanlarla təchiz edilmiş nəqliyyat vasitələrinə baxış keçirilib. Avtomaşınlar şəhərin müxtəlif yerlərində müvəqqəti iş axtaran insanlara səyyar şəkildə xidmət etmək üçün lazımi texniki avadanlıqlarla təmin edilib: "Səyyar Əmək Birjaları müvəqqəti iş axtaranlara əmək bazarındakı vəziyyət barədə məlumat verəcək və onların iş yerləri ilə təminatına yardım göstərəcək. Bundan başqa, onlarla peşə yönümlü söhbətlər aparılacaq, vətəndaşlar peşə hazırlığı və əlavə təhsil, həmçinin haqqı ödənilən ictimai işlər barədə məlumatlandırılacaq. Hüquqi və fiziki şəxslərdən bu və ya digər peşə üzrə müvəqqəti işləri yerinə yetirmək üçün işçi sifarişlərinin qəbulu və müvəqqəti iş üçün müraciət edən vətəndaşlara həmin sifarişlər üzrə peşə və ixtisaslarına uyğun iş yerinin təklif olunması üçün həmin avtomaşınlarda mərkəzi serverlə birbaşa əlaqə imkanı yaradılıb".

O.M.