Bakıya verilən elektrik enerjisi 20 % azaldı

Bakıya verilən elektrik enerjisi 20 % azaldı

10 Fevral 2012 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakıelektrikşəbəkə"nin baş mühəndisi Zakir Quliyevin verdiyi məlumata görə, son günlər Bakı şəhərində əhalinin elektrik enerjisi ilə təminatı sahəsindəki çətinliklərin səbəbi "Azərenerji" ASC tərəfindən "Bakıelektrikşəbəkə" ASC-yə verilən enerjinin həcminin azalması ilə bağlıdır. "Azərenerji" ASC-nin paytaxt şəbəkəsinə verdiyi enerjini azaltmasının səbəbi isə "Şimal" elektrik stansiyasındakı problemdir: "Nəticədə, "Azərenerji"nin bizim şəbəkəyə verdiyi enerjinin həcmi adi günlərə nisbətən 50 MVt və ya 20% azalıb".

Baş mühəndis Bakı şəhərinin enerji şəbəkəsində başqa ciddi problemin olmadığını, çətinliklərin yalnız verilən enerjinin azalması ilə bağlı olduğunu bildirib.

O.M.