Şaxtalı havada evsiz eşiksizlərə müvəqqəti sığınacaq yerləri veriləcək

Şaxtalı havada evsiz eşiksizlərə müvəqqəti sığınacaq yerləri veriləcək

10 Fevral 2012 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq, bu gündən nazirlik tərəfindən daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb: "Şaxtalı günlərdə evsiz vətəndaşlardan hətta dünyasını dəyişənlər də olub. Bu halların qarşısının alınması üçün səyyar sığınacaqların yaradılması qərara alınıb. Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər". F.Ələkbərov, daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlərin bəlli olduğunu vurğulayaraq, belə insanları görən hər kəsdən nazirliyin "Etimad telefonu"na zəng edib, məlumat vermələrini xahiş edib.

O.M.