Rabitə xətlərinin keçdiyi ərazilərdə təmir-tikinti işləri aparmaq qadağan olundu

Rabitə xətlərinin keçdiyi ərazilərdə təmir-tikinti işləri aparmaq qadağan olundu

8 Fevral 2012 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasını qadağan etməsi barədə növbəti xəbərdarlıq edib. Son vaxtlar regionlarda aparılan təmir-tikinti və qazıntı işləri zamanı regional və yerli əhəmiyyətli optik kabel xətləri zədələnir. Xəbərdarlıq da məhz zədələnmələrin qarşısını almaq məqsədilə edilib: "Qərar qəza vəziyyətlərinin qarşısının alınması üçün qəbul edilib, həm hüquqi, həm də fiziki şəxslərə aiddir".

Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə "Aztelekom" İB magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək. Qeyd edək ki, yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.

O.M.