Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisi kəsildi

Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisi kəsildi

8 Fevral 2012 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, paytaxtın bəzi ərazilərində elektrik enerjisi təminatında yaranan problemlərin əsas səbəbi "Azərenerji" ASC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyətinin dayanmasıdır. Adıçəkilən stansiyaların işinin dayandırılmasına səbəb suyun donmasıdır və bunun nəticəsində "Azərenerji"nin "Bakıelektrikşəbəkə"yə verdiyi enerjinin həcmi 25% azalıb. Nəticədə, Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

T.Mustafayev hazırda fasilələrin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü və elektrik stansiyaları işə düşən kimi istehlakçıların enerji təminatının bərpa olunacağını söyləyib.

O.M.