VİDEO-Ceyranbatan Su Anbarı donduğundan Bakının su təchizatında fasilələr gözlənilir

VİDEO-Ceyranbatan Su Anbarı donduğundan Bakının su təchizatında fasilələr gözlənilir

8 Fevral 2012 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovun verdiyi məlumata görə, kəskin hava şəraiti ilə əlaqədar Ceyranbatan Su Anbarında donma müşahidə olunur. 100-150 metrə qədər məsafədə donma qeydə alınıb. Hazırda Xəzər dənizinin Sumqayıt sahillərində sahilin konfiqurasiyasına uyğun olaraq dənizə doğru 50 metrdən 200 metrə qədər buzlaşma müşahidə olunur. Buz qatının qalınlığı sahildən dənizə doğru azalır. Şimala doğru, Xaçmaz-Nabran tərəfdə isə buz bağlama sahildən 10-100 metr məsafədədir: "Bəzi yerlərdə sahildə 2,5 metr hündürlüyündə buz dağı kimi əmələ gəlib. Bunlar Şimali Xəzərdə bağlayan buzlardır, onlar cənuba doğru axırlar, axdıqca da sahələri kiçilir. Onlar sahildə buz yığını əmələ gətirirlər. Yəni həmin ərazilərdə yerli buz bağlama hadisəsi yoxdur və ya azdır. Bu, şimaldan axan buzlardır". G.Süleymanov bildirib ki, Kür çayının Xəzər dənizinə tökülən mənsəb hissəsində də donma müşahidə olunur. Donma dağ çaylarında da qeydə alınıb.

Qeyd edək ki, Ceyranbatan Su Anbarı Bakı şəhərini su ilə təchiz edən əsas qaynaqdır. Deməli, yaxın günlərdə Bakının su təchizatında fasilələr gözlənilir.

O.M.