Nizami, Sabunçu və Xətai rayonlarına qaz təchizatı bərpa olunacaq

Nizami, Sabunçu və Xətai rayonlarına qaz təchizatı bərpa olunacaq

8 Fevral 2012 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Azəriqaz" mətbuat xidmətinin məlumatına görə, Bakıda qaz təchizatında yaranan problemin əsas səbəbi bir qədər əvvəl Nizami rayonu ərazisində propan qazı daşıyan maşının qəzaya uğraması və nəticədə yanğının olmasıdır. Bu hadisə daşıyıcı qaz xəttinin üstündə baş verib. İkinci böyük hadisənin baş verməməsi üçün həmin kəmərlə qazın verilməsi dayandırılıb: "Bu işlər başa çatan kimi Nizami, Sabunçu və Xətai rayonlarına qaz verilməsi bərpa olunacaq". Hava şəraiti ilə əlaqədar olaraq bu gün ölkəyə rekord həddə - 26 milyon kubmetr qaz verilib. Qeyd edək ki, əvvəlki illərdə bu rəqəm 16-17 milyo kubmetri idi. Verilən qazın böyük hissəsi, təqribən 15,8 mln. kubmetri Bakı şəhərinə, qalan hissəsi regionlara yönəldilir.

O.M.