Bakıda sərnişin avtobuslarının sayı və iş qrafiki məhdudlaşdırıldı

Bakıda sərnişin avtobuslarının sayı və iş qrafiki məhdudlaşdırıldı

8 Fevral 2012 12:59
1 032
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu gün Bakının yollarında 700-ə yaxın avtobus hərəkət edir. Avtobusların sayının azalması yolların buz bağlaması və bəzi ərazilərdə hərəkətin ümumiyyətlə mümkünsüz olması ilə əlaqədardır. Ən çətin vəziyyət paytaxtın Günəşli, Yasamal və Bakının qəsəbələri istiqamətindəki marşrutlarda yaranıb. Avtobusların orta hərəkət sürəti 60 km/saatdan 40 km/saatadək azaldıldığına görə gecikmələr baş verir. Bu gün xətlərə buraxılan sərnişin avtobusları 18:00-a qədər fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, adi günlərdə Bakı şəhəri daxilindəki marşrutlarda 2 500 avtobus istifadə olunur.

O.M.