Qaçqınlar arasında yoxsulluq səviyyəsi 75%-dən 18%-ə düşüb

Qaçqınlar arasında yoxsulluq səviyyəsi 75%-dən 18%-ə düşüb

7 Fevral 2012 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 4,6 milyard dollar vəsait xərcləyib. Bu məbləğin 2,7 milyard dolları büdcə vəsaiti hesabına, 1 milyard dolları Dövlət Neft Fondunun hesabına, 900 milyon dolları isə beynəlxalq təşkilatların hesabına formalaşıb". Bu rəqəmləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Fransa Senatının nümayəndə heyəti ilə görüşündə bildirib. O qeyd edib ki, Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 müasir qəsəbə tikilib. Son 8 ildə 120 mindən artıq ailə yeni qəsəbələrə köçürülüb. Ə.Həsənov həmçinin bildirib ki, 2003-cü ildə məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faiz idisə, hazırda bu rəqəm 18 faizə düşüb. 2011-ci ildə Azərbaycan dövləti bir məcburi köçkün üçün 900 dollar vəsait xərcləyib: "Bu vəsait dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir".

O.M.