Bu gün Ucarda və Zərdabda 7 saat təbii qaz olmayacaq

Bu gün Ucarda və Zərdabda 7 saat təbii qaz olmayacaq

7 Fevral 2012 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bəzi aran rayonlarında qaz verilməsində fasilələr olacaq. Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar fevralın 7-də saat 10:00-dan 17:00-dək Ucar, Zərdab və Lək Qazpaylayıcı Stansiyalarında qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Zərdab və Ucar şəhərləri daxil olmaqla, Qaravəlli, Rəstəcə, Qarabörk, Gəraybəyli və Lək kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

O.M.