2011-ci ildə 500 min Azərbaycan vətəndaşı Rusiyaya miqrasiya edib

2011-ci ildə 500 min Azərbaycan vətəndaşı Rusiyaya miqrasiya edib

6 Fevral 2012 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski ötən ilin nəticələri ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, ötən il MDB dövlətlərindən Rusiyaya gələn miqrantların sayı 9,7 milyon nəfərdir. Belə ki, Ukraynadan 2,7 milyon, Özbəkistandan 2 milyon, Qazaxıstandan 1,5 milyon, Tacikistandan 1 milyon, Azərbaycan, Moldova, Qırğızıstan və Ermənistandan ayrı-ayrılıqda 500 min nəfər miqrant Rusiyaya gəlib. K.Romodanovski qaçaq yollarla Rusiyaya 220 min miqrantın gəldiyini söyləyib: "Onlardan 76 min nəfəri könüllü olaraq Rusiyanı tərk edib, 29 min nəfər isə deportasiya edilib". Miqrasiya qanunlarını pozan şəxslərə qarşı cinayət məsuliyyətinin sərtləşdiriləcəyini söyləyən FMX rəhbəri qeyd edib ki, deportasiya olunan miqrantların Rusiyaya qayıtmasına 5 il icazə verilməyəcək: "Miqrantları qanunsuz yollarla ölkəyə gətirən şəxslərə veriləcək həbs cəzası 5 ildən 10 ilə qaldırılacaq".

O.M.