"Azərbaycan-Türkiyə İş Adamları Birliyi"nə yeni sədr və İdarə Heyətinin 10 üzvü seçilib

"Azərbaycan-Türkiyə İş Adamları Birliyi"nə yeni sədr və İdarə Heyətinin 10 üzvü seçilib

4 Fevral 2012 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan-Türkiyə İş Adamları Birliyi"nin (ATİB) təşkilati işlər üzrə bu gün keçirilən yığıncağında "İstanbul Çarşı" şirkətinin sahibi Camal Yanğın ATİB-in İdarə Heyətinin sədri seçilib. İclasda həmçinin ATİB-in 2011-ci il üzrə fəaliyyəti barədə yekun hesabatı dinlənilib. Hesabatda bildirilir ki, ötən ildə ATİB-in üzv təşkilatlardan əldə etdiyi gəlirlərin həcmi 223,655 min manat, xərcləri isə 220 min manatdan bir qədər çox olub. Qurumun büdcə xərclərinin ən çox hissəsi əməkhaqqı xərclərinə sərf edilib. Yekunda Təftiş Komissiyası tərəfindən təqdim edilmiş rəyə əsasən qurumun ötən il üçün illik maliyyə hesabatları qənaətbəxş hesab edilərək təsdiqlənib. Tədbir qonaq qismində qatılmış Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanla Türkiyə arasında olan mövcud iqtisadi əlaqələrdən və bu əlaqələrin daim yüksələn xətlə inkişafından danışıb. V.Əhmədov bildirib ki, hazırda Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2 mlrd. manat təşkil edir ki, bu da olduqca az görünən bir rəqəmdir: "Bu rəqəm 20 milyard dollara yaxın olmalı idi. Çünki hər iki dövlətin iqtisadi potensialı çox yüksəkdir". Tədbirdə millət vəkili Qənirə Paşayeva və Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxış edərək Azərbaycanla Türkiyə arasında iqtisadi, mədəni və siyasi əlaqələrin mövcud vəziyyəti, o cümlədən ATİB-in fəaliyyəti barədə danışıblar. Xatırladaq ki, Camal Yanğından əvvəl ATİB-in İdarə Heyətinin sədri vəzifəsini Fatimə Aslan icra edib.

O.M.