Yeni "Zoologiya 7-8" dərs vəsaiti çap olundu
Təhsil Nazirliyinin məlumatına görə, "Bakı" nəşriyyatının "İnnovativ tədris vəsaitləri" seriyasına daxil olan "Zoologiya 7-8" dərs vəsaiti nazirliyin qrifi ilə çapdan çıxıb. Yaşar Seyidli, Qiyas Quliyev və Xumar Əhmədbəylinin müəllifliyi ilə hazırlanan "Zoologiya 7-8" vəsaiti Təhsil Nazirliyinin 2011-ci ildə keçirdiyi dərslik müsabiqəsinin qaliblərindəndir. Vəsaitin əsas xüsusiyyəti onun tədris proqramına tam uyğun olmasıdır. Nazirlikdən bildirilib ki, ilk dəfə tətbiq olunan yeni tərtibat - illüstrativ kompozisiyalar, erqonomik dizayn, sual və tapşırıqlar, terminlərin qısa şərhi, elektron nəşrlərlə işləmək imkanı, laboratoriya işləri və test nümunələri tədris materialının şagird tərəfindən mənimsənilməsinə faydalı yardımçı olacaq.
O.M.

















































































.jpg)
.jpg)
.jpg)







