Kəskin hava şəraiti ilə əlaqədar sərnişin qatarlarındakı vaqonların sayı artırıldı

Kəskin hava şəraiti ilə əlaqədar sərnişin qatarlarındakı vaqonların sayı artırıldı

2 Fevral 2012 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun məlumatına görə, avtomobil yollarının buz bağlaması nəticəsində dəmir yolunun xidmətindən istifadə edən sərnişinlərin sayı artıb. Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edir. Həmçinin infrastruktur departamentinin yol, enerji təchizatı, işarəvermə və rabitə sahələri xidməti ərazidə olan yolları və infrastrukturu və texniki qurğuları gündəlik nəzarətdə saxlayır.

Xatırladaq ki, Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar dəmir yolu təsərrüfatları gücləndirilmiş iş rejiminə keçib.

O.M.