Kəskin hava şəraiti ilə əlaqədar Bakı aeroportu bütün istiqamətlərdə uçuşları dayandırdı

Kəskin hava şəraiti ilə əlaqədar Bakı aeroportu bütün istiqamətlərdə uçuşları dayandırdı

2 Fevral 2012 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün aviaşirkətlərin xidmətindən istifadə edə bilməyən sərnişinlərin bilet pulları tam məbləğdə geri ödəniləcək və ya yeni biletlərlə əvəz olunacaq

Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanındakı bütün uçuşlar təxirə salınıb. Bakı aeroportundan oxumeni.az-a verilən məlumata görə, hava limanının eniş zolağına bəzi məcburi enişlər həyata keçirilsə də, uçuşlar müəyyən müddətə təxirə salınıb. Hələlik yalnız eniş zolağı qismən istismardadır. Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti əhaliyə bildirir ki, bu gün nəzərdə tutulan uçuşlar həyata keçirilməyəcək. Odur ki, bileti olan sərnişinlərdən aeroporta gəlməməkləri xahiş olunur. Bakı aeroportunun xidmətlərindən istifadə edən yerli və əcnəbi şirkətlərlə aparılmış danışıqlar əsasında belə bir qərara gəlinmişdir ki, obyektiv səbəblərdən aviaşirkətlərin xidmətindən istifadə etməyən sərnişinlərin bilet pulları tam məbləğdə geri ödəniləcək və ya yeni biletlərlə əvəz olunacaq.

O.M.