Şaxtalı hava ilə əlaqədar orta məktəblər 06 fevrala qədər işləməyəcək

Şaxtalı hava ilə əlaqədar orta məktəblər 06 fevrala qədər işləməyəcək

2 Fevral 2012 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hava şəraitinin kəskin dəyişilməsi ilə əlaqədar təhsil naziri Misir Mərdanov müvafiq əmr imzalayıb. Bütün orta ümumtəhsil məktəblərində dərslər həftə sonuna kimi, yəni 06 fevrala qədər təxirə salınıb. Nazirin digər əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçiriləcək. İmtahanların keçirilmə tarixi yaxın günlərdə açıqlanacaq.

O.M.