Moskva şəhərinin büdcəsi Cənubi Qafqaz ölkələrinin büdcəsindən çoxdur

Moskva şəhərinin büdcəsi Cənubi Qafqaz ölkələrinin büdcəsindən çoxdur

1 Fevral 2012 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
Moskva bu göstəriciyə görə yalnız Nyu-Yorkdan geri qalır

Rusiyanın "Открытый бюджет Москвы" saytının məlumatına görə, Moskva şəhərinin büdcəsi dünyada yalnız Nyu-Yorkun büdcəsindən geri qalır. Belə ki, 8.18 milyon əhalisi olan Nyu-Yorkun büdcəsi 65.91 milyard ABŞ dolları olduğu halda, 11.51 milyon əhaliyə malik olan Moskva 50.8 milyardla kifayətlənir. Siyahıda üçüncü yeri 7.83 milyon sakin və 20.6 milyard dollarla London şəhəri tutur. Daha sonra sıralama bu cür davam edir:

Paris 2.2 milyon əhali, 11.3 milyard $,

Los-Anceles 3.86 milyon əhali, 6.9 milyard $,

Madrid 3.27 milyon əhali, 5.9 milyard $

31 yanvar 2012-ci ilə Moskva büdcəsi illik mədaxil üzrə 2.9%, məxaric üzrə 2.5% planı yerinə yetirib.

O.M.