Avropada 16 milyon 520 mindən çox işsiz var

Avropada 16 milyon 520 mindən çox işsiz var

31 Yanvar 2012 20:03
Bəyəndim (0) Bəyənmədim (0)
Avro dövriyyəyə daxil olandan Avropa bu qədər işsiz görməmişdi

Avro dövriyyəyə daxil olandan bu günə qədər Avropada bu qədər işsiz olmamışdı. Avropa Şurası ölkələrinin sammitindən sonra yayılan məlumatda bildirilir ki, avronun dövr elədiyi 17 ölkədə işsizlik dekabr ayında 10,4 % artıb. Bu, 1998-ci ilin iyunundan 1999-cu il avronun dövriyyəyə buraxılışına qədər ən böyük göstəricidir. İşsizliyin yaxın aylarda biz az da artacağı istisna deyil. Bu gün Yunanıstan əhalisinin 20, İspaniya əhalisinin 23 faizi iş axtarışındadır.

Xatırladaq ki, iki illik borc böhranından və büdcənin ciddi şəkildə qənaətindən sonra işsiz avropalıların sayı 16,5 milyona çatıb. Dekabr ayında onların sırasına daha 20 min vətəndaş qoşulub. Göründüyü kimi, yaxın zamanda Avropanı ciddi tənəzzül gözləyir.

Maraqlıdır, tərəqqipərvər Avropada Qafqaz ölkələrinin ümumi əhalisindən də çox işsiz var...

Aqil Hüseynov

O.M.