YENİLƏNİB-Ddoss hücumuna məruz qalan APA.az fəaliyyətini qismən bərpa etdi

YENİLƏNİB-Ddoss hücumuna məruz qalan APA.az fəaliyyətini qismən bərpa etdi

30 Yanvar 2012 20:29
Bəyəndim (0) Bəyənmədim (0)
İdarə panelində yaranmış xəta yeni məlumatları sistemə ötürməni əngəlləyir

Xəbər verdiyimiz kimi, Azərbaycanın aparıcı portallarından olan APA.az bir neçə saatdır fəaliyyətini dayandırıb. Doğrudur, bu dəqiqələrdə sayt internet məkana qayıda bilsə də, hələ ki fəaliyyətini tam gücü ilə bərpa edə bilməyib. Buna səbəb sistemdəki Warning: session_start() [function.session-start]: open(/tmp/sess_5629e55c8991104ce7fbb5b38752304b, O_RDWR) failed: Read-only file system (30) in /home/apaadm/public_html/az/header.php on line 2 adlı xətadır. Hansı ki, hələ də aradan qaldırılmayıb. Nəticədə, sessiyaların başlıqları oxunsa da, idarə panelindən yüklənə bilmir. Başqa sözlə desək, xəbərlər yenilənmir. Məsələyə aydınlıq gətirən APA informasiya agentliyinin təsisçisi Vüsalə Mahirqızı saytın bu tip kiber hücumlara tez-tez məruz qaldığını bildirib: "Bizim saytlara daim belə hücumlar olur. Lakin mütəxəssislərimiz bunun qarşısını alırlar. Bu dəfə isə ddos hücumu olub. Saytın bazasına giriş imkanı olmadığı üçün yalnız bu hücumla sayta giriş sayını süni surətdə 100 dəfələrlə artıraraq, sayta girişi məhdudlaşdırıblar. Artıq problemin böyük hissəsi həll olunub. Sabah səhərə qədər mütəxəssislərimiz iş başında olacaq və problemin geridə qalanı da həll olunacaq.

O.M.