APA.az saytı hakerlərin hücumuna məruz qaldı

APA.az saytı hakerlərin hücumuna məruz qaldı

30 Yanvar 2012 18:35
Bəyəndim (0) Bəyənmədim (0)
Sayt təxminən 3-4 saatdır fəaliyyətini dayandırıb

Dövlət saytlarına haker hücumundan sonra bu tip müdaxilələr "dəb" halını almaqdadır. Bu gün günortadan sonra Azərbaycanın aparıcı saytlarından olan APA.az-ın fəaliyyətini gözlənilmədən dayandırması istər-istəməz oxucuları narahat etməyə başladı. Belə ki, APA.az artıq 3-4 saatdır ki, internet məkanında deyil. Faktla əlaqədar saytla əlaqə saxladıq. Məlumat verildi ki, saytın fəaliyyətini dayandırması texniki problemlərlə əlaqədardır. Lakin problemin nədən ibarət olduğu barədə məlumat verilmədi.

O.M.