Rusiyadan 34 milyard dollara yaxın "çirkli" pullar xaricə keçirildi

Rusiyadan 34 milyard dollara yaxın "çirkli" pullar xaricə keçirildi

29 Yanvar 2012 13:58
1 055
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Rusiyadan 1 trilyon rubl (təxminən 33,333 milyard ABŞ dolları) məbləğində qeyri-qanuni maliyyə vəsaiti xarici ölkələrə ötürülüb. Bunu Rusiya Baş nazirinin birinci müavini Viktor Zubkov "Вести недели (Həftəlik məlumatlar)" televiziya proqramına açıqlamasında deyib: "Həqiqətən Rusiya dövriyyəsində böyük məbləğlərdə şübhəli mənşəyi olan pullar mövcuddur. Bu barədə konkret rəqəmlər olmasa da, düşünürük ki 2011-ci ildə "qara" iqtisadiyyatın dövriyyəsində olan 1 trilyon rubl müxtəlif yollarla ölkədən çıxarılıb. V.Zubkovun fikrincə, dövriyyədə bundan da çox "çirkli" pullar qalmaqdadır və bu hal iqtisadiyyata, ölkənin investisiya imicinə ağır zərbə vurur. Baş nazirin birinci müavini onu da bildirib ki, prezidentin tapşırığı ilə qeyri-qanuni maliyyə əməliyyatlarına qarşı işçi qrupu yaradılıb ki, onun da ilk iclası 27 yanvar günü keçirilib. İşçi qrupa hüquq-mühafizə, kəşfiyyat, vergi, gömrük orqanları, aparıcı maliyyə və iqtisad qurumları cəlb olunublar.

El məsəli ilə desək, qurdu quzuya tapşırıblar...

Murad Şahməmmədov

O.M.