"Apple" Hollandiya məhkəməsində "Samsung"-a uduzdu

"Apple" Hollandiya məhkəməsində "Samsung"-a uduzdu

25 Yanvar 2012 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Hollandiya məhkəməsi "Samsung" şirkətinin xeyrinə qərar qəbul edərək, istehsal olunan planşetin ölkə ərazisində satışına icazə verib. İPhones.ru-nun məlumatına görə, "Apple" şirkətinin etirazlarına baxmayaraq, məhkəmə iPad-in oxşarı olan "Galaxy Tab" planşetinin satışına icazə verdi.

Xatırladaq ki, iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi ötən ildən bəri 10 ölkədə davam edir. Yay aylarında qərarlar "Apple"-ın xeyrinə verilsə də, payız və qızda vəziyyət "Samsung"-un xeyrinə dəyişib.

O.M.