Tikinti şirkətlərindən şikayət edənlər Prezident Administrasiyasının qarşısında toplaşdılar

Tikinti şirkətlərindən şikayət edənlər Prezident Administrasiyasının qarşısında toplaşdılar

24 Yanvar 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Gen" MMC və "Kamran" MMC tikinti şirkətindən zərərçəkmiş şəxslər Prezident Administrasiyasının (PA) binası qarşısında aksiya keçiriblər. Aksiyada 100-ə yaxın şəxs iştirak edib. Onlar müxtəlif şüarlar səsləndirərək, evlərini tələb ediblər. Administrasiyanın qəbul şöbəsində aksiya iştirakçılarından ikisi qəbul edilib. Zərərçəkmiş şəxslər şikayət məktublarını təqdim ediblər.

Daha sonra aksiya iştirakçıları Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq Hacıbala Abutalıbovla görüşmək istədiklərini bildiriblər. Lakin H.Abutalıbov onları qəbul etməyib.

O.M.