Azərbaycanda istehsal olunan maşınlar da taksi fəaliyyəti ilə məşğul ola bilər

Azərbaycanda istehsal olunan maşınlar da taksi fəaliyyəti ilə məşğul ola bilər

24 Yanvar 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobillərin bir neçə gün əvvəl açıqlanan siyahısına əlavələr edilib. "B kateqoriyası" adlanan yeni siyahıya həm xarici, həm də Azərbaycanda istehsal olunan avtomobillər daxildir. Bura "Chevrolet Cruze", "Chevrolet Aveo", "Kia Cerato", "Saipa", "Fiat Albeo" avtomobilləri aiddir. Məlumatda bildirilir ki, Azərbaycanda istehsal olunan "Lifan" və "Azsamand" avtomobilləri də taksi kimi istifadə oluna bilər.

O.M.