"Sovet" maşınlardan başqa bütün avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilər

"Sovet" maşınlardan başqa bütün avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilər

23 Yanvar 2012 16:26
1 127
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nəqliyyat Nazirliyi bu gündən etibarən taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyəti aradan qaldırıb: "Buraxılış ilindən 5 il keçməsi məsələsi ləğv edilib. Çünki elə avtomobillər var ki, bunlar həmin vaxtdan əvvəl buraxılsa da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verir".

Xatırladaq ki, taksi fəaliyyəti üçün lisenziya alınması barədə Nəqliyyat Nazirliyinin tətbiq etdiyi şərtlərə əsasən, taksi fəaliyyəti üçün lisenziyalar yalnız son 5 ildə istehsal olunan avtomobillərə - buraxılış ili 2007-ci ildən əvvəl olmayan avtomobillərə verilə bilərdi. Lakin indi bu qayda ləğv edilib. Bununla yanaşı, keçmiş SSRİ və indiki Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaqBundan başqa, lisenziya verilməsi üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı və lisenziya üçün qoyulan parametrlərə cavab verməlidir. "Maşınların texniki vəziyyəti ciddi surətdə araşdırılacaq, texniki tələblərə cavab verən səviyyədədirsə, ona lisenziya veriləcək", - deyə məlumatda bildirilir.

O.M.