Dövlətə yanlış məlumat verən fiziki şəxslər 700 manat, hüquqi şəxslər 4000 manat cərimə ediləcək

Dövlətə yanlış məlumat verən fiziki şəxslər 700 manat, hüquqi şəxslər 4000 manat cərimə ediləcək

23 Yanvar 2012 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər hüquqi və fiziki şəxslərin qeydiyyatı zamanı dövlət orqanlarına yanlış məlumatların verilməsinə görə cərimələri müəyyənləşdirir.

Məcəlləyə əlavə edilən yeni maddəyə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə fiziki şəxslər 700 manat miqdarında, hüquqi şəxslər 4000 manat miqdarda cərimə ediləcək.

O.M.