H.Əliyev küçəsinin təmirə bağlanması tıxaclara səbəb oldu

H.Əliyev küçəsinin təmirə bağlanması tıxaclara səbəb oldu

16 Yanvar 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verir ki, paytaxtın Həsən Əliyev (köhnə İnqilab) küçəsi ilə Atatürk prospektinin kəsişməsindən Tbilisi prospektinədək olan hissəsi yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar müvəqqəti bağlanıb.

Sürücülərdən Mirəli Qaşqay və Salatın Əsgərova küçələrindən istifadə etmələrini xahiş olunur.

Xatırladaq ki, adıçəkilən ərazidə aparılan təmir işləri Azadlıq və Tbilisi prospektlərində tıxaclara səbəb olub.

O.M.