Liviyada hələ də Qəddafinin şəkli olan pullar işləyir

Liviyada hələ də Qəddafinin şəkli olan pullar işləyir

14 Yanvar 2012 18:55
Bəyəndim (0) Bəyənmədim (0)
Polkovnik hələ üzün müddət liviyalıların işinə yarıyacaq

Liviyada dövriyyədə olan əsginasların üzərində hələ də devrilmiş polkovnik Müəmmar Qəddafinin şəkillərini görmək olur. Ötən ilin 20 oktyabr günü qətlə yetirilən diktatorun şəkilləri 1, 20 və 50 dinarda yer alır. Ölkənin yeni rəhbərliyi 1 və 20 dinarı hələlik dəyişmək fikrində deyil. Onlar gələcəkdə mərhələli şəkildə yeniləri ilə əvəz olunacaq. Maraqlıdır ki, iyirmiliyin üzərində M.Qəddafi xarici dövlət başçıları ilə birlikdə əks olunub. Onların arasında Tunisin devrilmiş prezidenti Ben Ali də var. Mərkəzi bank kiçik əsginasları dəyişməsə də, 50 dinarı dövriyyədən çıxarmaq fikrindədir. Həmin pulda sabiq rəhbər bədəvi yaylığında təsvir olunur. Mərkəzi bankın rəhbəri Seddik Ömər əl Kaabir əlliliyin 15 marta qədər əhalidən toplanacağını, xırda pullara dəyişiləcəyini, lakin yenisi ilə əvəz olunmayacağını bildirib.

Xatırladaq ki, 50 dinar 40 ABŞ dollarına bərabərdir və ölkənin ən böyük əsginasıdır.

Heç kim məni qınamasın, Liviya xalqı hələ uzun müddət Qəddafinin çörəyini yeyəcək...

Natiq Qocaman

O.M.