Bu gün Səbail və Yasamal rayonuna su fasilələrlə veriləcək

Bu gün Səbail və Yasamal rayonuna su fasilələrlə veriləcək

13 Yanvar 2012 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Parlament prospektində, Şəhidlər Xiyabanının qarşısında yeni piyada keçidinin tikintisi ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri aparılır. "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar yanvarın 13-də gün ərzində Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

O.M.