Protez qadın döşündə təhlükəli maddə aşkar edildi

Protez qadın döşündə təhlükəli maddə aşkar edildi

2 Yanvar 2012 19:34
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın 30 mindən çox qadını şirkətin bu kimi fırıldaqlarının qurbanı sayıla bilər

Fransanın "Poly Implant Prothese (PIP)" şirkətinin istehsal etdiyi protez qadın döşündə təhlükəli maddə aşkar edilib. AFP-nin məlumatına görə, məhsulun tərkibində əlavə yanacaq maddəsinin aşkar edilməsi beynəlxalq aləmdə geniş səs-küyə səbəb olub.

Faktla bağlı araşdırma aparan "RTL" radiosu jurnalist təhqiqatı keçirib. Məlum olub ki, La Seyn-sür-Mer şəhərində istehsal edilən protezlərin kimyəvi tərkibində həqiqətən də əlavə yanacaq maddəsi var. Onların insan orqanizminə təsiri istehsalçı şirkət tərəfindən hələ ki araşdırılmayıb. Məhz bu maddələr silikon implantlar arasında tez-tez müşahidə edilən qırılmaların səbəbi ola bilər.

İlkin ehtimallara görə, dünyanın 30 mindən çox qadını şirkətin bu kimi fırıldaqlarının qurbanı sayıla bilər. Onların bir qismi məhkəməyə müraciət edəcəyi təqdirdə, ən böyük protez döş istehsal edən şirkət iflas edə bilər.

Saxta döşün saxta çıxmağında qəribə heç nə görmürəm. Çünki təbii döşün yanacaq maddəsi özündə olur...

Aqil Hüseynov

O.M.