“SOCAR Ukraine” Müdafiə Nazirliyinə  reaktiv yanacaq tədarük edəcək

“SOCAR Ukraine” Müdafiə Nazirliyinə reaktiv yanacaq tədarük edəcək

6 İyun 2018 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Ukraine" şirkəti Ukrayna Müdafiə Nazirliyinə 5 min ton həcmində reaktiv mühərrik yanacağı tədarük edəcək.

SOCAR Ukraine" Ukrayna Müdafiə Nazirliyinin 24,880 min ton reaktiv mühərrik yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub. Şirkət iki lotun qalibi olub.

"SOCAR Ukraine"nın tədarük edəcəyi yanacağın qiyməti 28 878 qrivna/tondur.

Yanacağın tədarükü 1 avqust - 30 sentyabr tarixlərində həyata keçiriləcək. (report)