Bakı Dövlət Universiteti bütün ixtisaslar üzrə ingilis dilində təhsil verəcək

Bakı Dövlət Universiteti bütün ixtisaslar üzrə ingilis dilində təhsil verəcək

30 Noyabr 2011 19:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Gələn il Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində ingilis dili qrupları yaradılacaq". Bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, artıq bununla bağlı ilk addımlar atılıb: "BDU-da 17 fakültə var, 9 fakültənin I kursunda artıq ingilis dilli qruplar yaradılıb. BDU-da hazırda Azərbaycan, rus və ingilis dillərində tədris aparılır. İngilis qruplarında tələbələrin iştirakı sərbəstdir, amma 25 nəfərdən ibarət həmin qruplar 9 fakültədə artıq formalaşıb. Gələn il qalan 8 fakültədə də ingilis dilli qrupların yaradılması istiqamətində əməli işlər aparılır. Əminəm ki, gələn ildən bütün fakültələrdə 3 dildə tədris prosesi gedəcək". Rektor qeyd edib ki, hazırda Azərbaycan bütün müstəvilərdə dünyaya inteqrasiya edir: "Ona görə də biz bu istiqamətdə əməli tədbirlər həyata keçiririk. İngilis dilli qruplarının tələbələri asanlıqla dünyanın aparıcı universitetlərinə köçürülə bilər".

O.M.