Şamaxı və Saatlı rayonlarının baş memarları işdən azad edildilər

Şamaxı və Saatlı rayonlarının baş memarları işdən azad edildilər

30 Noyabr 2011 18:07
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında dövlət başçısının fərmanı və Nazirlər Kabinetinin təsdiqlədiyi "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu ilin 11 ayında respublikanın 28 şəhər və rayonda son 3 ildə həyata keçirilmiş şəhərsalma fəaliyyətini araşdırıb.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün yerli memarlıq xidmətlərinə ümumilikdə 433 obyekt üzrə 28 "Tapşırıq" verilib və inzibati xətaya yol vermiş şəxslər barəsində 10 "Protokol" tərtib olunaraq cəmi 14300 manat cərimənin ödənilməsi üçün müvafiq "Qərar" qəbul edilib. Şamaxı və Saatlı rayonlarının baş memarları isə aşkarlanmış nöqsanlara görə Komitənin təqdimatı əsasında rayon icra hakimiyyəti başçıları tərəfindən tutduqları vəzifədən azad ediliblər.

O.M.