Hakerlər BMT-nin rəsmi serverini sındırdılar

Hakerlər BMT-nin rəsmi serverini sındırdılar

30 Noyabr 2011 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Hakerlər BMT-nin rəsmi serverini sındıraraq, 100 əməkdaşın parolunu internetə yerləşdirdilər. Virtual hücumu Team Poison (Zəhər komandası) adlı qrup həyata keçirib. Bu qrupun əsas fəaliyyəti dünya üzrə hökumət, hərbi və kəşfiyyat idarələrinin saytlarını sıradan çıxarmaqdır. Hakerlər sonuncu hücumun nəticələrini pastebin.com saytında yerləşdiriblər. Ehtimal olunur ki, onların əməllərindən bu dəfə BMT-nin İnkişaf Proqramı UNDP əməkdaşları zərər görüblər. Итар-ТАСС-ın xəbərinə görə, BMT proqramından hələ ki məlumat daxil olmayıb.

ABŞ-ın antivirus firması Symantec məlumat verir ki, ötən il 430 mln. insan hakerlərin hücumunun qurbanı olub. Hər gün 1 mln insan virtual hücumlara məruz qalır. Təkcə 2010-cu ildə hakerlər internet istifadəçilərinə 388 mlrd. ABŞ dolları məbləğində ziyan vurublar. Müqayisə üçün qeyd edək ki, dünya üzrə narkotik maddələrin illik qanunsuz dövriyyəsindən 288 mlrd. dollar (BMT-nin hesabatı) mənfəət əldə olunur.

Pul əl çirki olsa da, pulsuzluq insanları daha da çirkinləşdirir...

Sərvər Aslanov

O.M.