Metroda gediş haqqı 20 qəpik oldu

Metroda gediş haqqı 20 qəpik oldu

29 Noyabr 2011 15:17
Bəyəndim (0) Bəyənmədim (0)
Yenilik 1 dekabrdan qüvvəyə minəcək

Tarif Şurasının dünən iclasında Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə baxılıb və metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb. Artım dekabrın 1-dən həyata keçiriləcək. Qeyd edək ki, hazırda gediş haqqı 15 qəpikdir. Yəni söhbət 33 faizlik bahalaşmadan gedir. Tarif Şurası həmişəki kimi heç bir xəbərdarlıq etmədən bahalaşma qərarı verdi.

Qeyd edək ki, metroda sonuncu bahalaşma 2009-cu il sentyabrın 30-da verilən qərarla həyata keçirilib. Qərar həmin il oktyabrın 1-dən qüvvəyə minib. Gediş haqqı o zaman üç dəfə artırılaraq 5 qəpikdən 15 qəpiyə qaldırılmışdı. Amma Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bundan narazı qalaraq gediş haqqının ən azı 30 qəpik olmasını istəmiş, 2010-cu ilin sentyabrında Tarif Şurasına müraciət edərək gediş haqlarının artırılmasını istəmişdi. Bunu da belə əsaslandırmışdı ki, bir sərnişinin daşınması 49 qəpiyə başa gəlir deyə metropoliten dövlətdən dotasiya alır. Amma Tarif Şurası o zaman bahalaşma qərarına getməyərək artım qərarını dünənə qədər ləngitmişdi.

O.M.