Bu gün Səbail rayonunda su fasilələrlə veriləcək

Bu gün Səbail rayonunda su fasilələrlə veriləcək

29 Noyabr 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir ki, Bakının Səbail rayonunun Neftçilər prospektində (Funikulyorun yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri həyata keçirilir. "Azərsu" istehlakçıların nəzərinə çatdırır ki, bununla əlaqədar noyabrın 29-da gün ərzində Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

O.M.